Ev əşyalarınızı etibarlı yerdə saxlayın!

Ev əşyalarınızı etibarlı yerdə saxlayın!

Evlərdən soyğunçuluq edən şəxslər tutulublar. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, sentyabrın 19-na keçən gecə, Kürdəxanı qəsəbəsində yaşayan Almurad Rəhimovun evindən, açıq pəncərədən keçməklə məişət əşyaları və oktyabrın 3-də Fuad Əliyevə məxsus Pirşağı qəsəbəsində yerləşən yarım tikilidən samovar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1975-ci il təvəllüdlü Hüseyn Hüseynov, Əziz Babayev və 1992-ci il təvəllüdlü Orxan Səlimov tutulub. Araşdırma zamanı müəyyən edilib ki, onlar cari ilin avqust ayının 28-nə keçən gecə, Pirşağa qəsəbə sakini Seyran Kərimovun evindən, pəncərəni sındırmaqla ev əşyaları oğurlayıb.

Digər hadisə Xəzər rayonun Buzaovna qəsəbəsində qeydə alınıb. Belə ki, RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, iyunun 13-də Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən 4 saylı yataqxanada yaşayan Tərlan Əhədovun mənzilindən, iyunun 28-ə keçən gecə Buzovna qəsəbəsi N.Əliyev küçəsində yaşayan Arzu Məlikovun və iyul ayının 5-də Buzovna qəsəbəsi Albalılıq yaşayış sahəsində yaşayan Sima Dəmirovanın evindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübəhli bilinən Kəngərli rayon sakini, 1986-cı il təvəllüdlü İslam Möhbalıyev, Bakı şəhər sakinləri - 1997-ci il təvəllüdlü Rəhman Mirzəyev və 1992-ci il təvəllüdlü Nicat Cəbiyev tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə