Bu gün gecə saatlarında Tərtərdə dəhşətli qətl hadisəsi baş verib. SİA-nın məlumatına görə, rayonun 26 yaşlı Cəmilli kənd sakini Nəsibov Qurban Xanbaba oğlu yaşadığı evdə yatmış vəziyyətdə olan 1974-cü il təvəllüdlü atası Nəsibov Xanbaba Qurban oğlunu və 1958-ci il təvəllüdlü anası Nəsibova Nazlı İbrahim qızını baş nahiyəsindən küt alətlə vuraraq qətlə yetirib. Tərtər Rayon Prokurorluğundan verilən xəbərə görə hazırda Nəsibov Qurban şübhəli şəxs qismində saxlanılıb.
Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi üzrə cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB