Dama çıxdı FHN köməyə gəldi

Gəncə sakini köməksiz vəziyyətdə qalıb. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Gəncə şəhəri, Nizami rayonunda 1 nəfər hamamın damına çıxaraq huşunu itirməsi nəticəsində köməksiz vəziyyətdə qalıb. Nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər vətəndaşı xərək və xüsusi alətlər vasitəsilə aşağı endiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə