Tovuzda yanacaqdoldurma məntəqəsinə basqın olub

Tovuzda yanacaqdoldurma məntəqəsinə basqın olub

Gecə saat 03.00 radələrində Tovuzun Əyyublu kəndində, İman Əkbərova məxsus yanacaqdoldurma məntəqəsinə basqın olub. SİA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə zamanı biri qadın olmaqla 3 nəfər şəxs məntəqənin opertoru Mehman Eyvazovu bıçaqla hədələyərək seyfi açmasını tələb ediblər. Orada olan pulu götürüb Mehmanın əl-qolunu bağlayıblar. Məntəqə sahibin sözlərinə görə, basqını "uğurla" həyata keçirdikdən sonra "qəhəmanlar" yolun kənarında "Qaranquş" ləqəbli qadına avtomobilin çağrılmasını tələb edərək ərazidən uzaqlaşıblar.

Hadisədən xəbər tutan obyekt sahibi dərhal polisə məlumat verib. Yanacaqdoldurma məntəqəsindən oğurlanan pulun miqdarı hələ ki, məlum deyil.

Faktla bağlı Tovuz Polisi araşdırmalara başlayıb.

KAMRAN ƏSKİPARALI

Bütün xəbərlər Facebook səhifəmizdə