Göyçayda ağır yol qəzası FOTOLAR

Göyçayda ağır yol qəzası  FOTOLAR

Göyçayda ölümlə nəticələnən ağır yol qəzası baş verib. SİA-nın xəbərinə görə, hadisə gecə saatlarında Bakı-Şamaxı-Yevlax yolunun 206-cı km-də, Göyçay rayon Bığır kəndi ərazisində qeydə alınıb.

Belə ki Göyçay sakini, Novruz Əhmədovun idarə etdiyi Mercedes markalı minik avtomobili qarşı tərəfdən gələn İsmayıllı rayon sakini Natiq Məlikovun idarə etdiyi KAMAZ yük avtomobili ilə toqquşub. Hadisə zamanı minik avtomobilinin sürücüsü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol polis bölməsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə