Cibləri soyan şəxs tutuldu FOTO

Bakıda ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, tutulan şəxs Cinayət Məcəlləsinin 177, 234.1 maddələri ilə əvvəllər də məhkum olunmuş 1986-ci il təvəllüdlü Nəzərov Ramal Şahmar oğludur. O, Bakı Şəhər Baş Polis İdarəsi Cinayət axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Şübhəli şəxs ətrafında keçirilən ilkin əməliyyat-axtarış, istintaq tədbirləri ilə müəyyən olunub ki, o, sentyabrın 28-də saat 09 radələrində 133 saylı xətt avtobusunda Bakı şəhər sakini Azad Həmidovun cibindən, içərisində 46 manat və sənədləri olan pul kisəsini oğurlayıb. Eləcə də sentyabrın 30-da 165 nömrəli xətt avtobusunda eyni usulla, adı istintaqla araşdırılan vətəndaşın cibindən 24 manatını götürüb.

Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.

Bu şəxsi tanıyanlardan, onun başqa təhlükəli əməllərinin şahidi olanlardan, onun əməllərindən zərərçəkənlərdən Bakı şəhər Bas Polis İdarəsinə, yaxud 102 Zəng –Mərkəzinə məlumat vermələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə