Ölmüş qız atasına səsləndi

İsveçrədə həyatını itirən gənc qızın davamlı olaraq atasına səslənməsi qorxu filmlərinə mövzu olacaq bir hadisəni gün üzünə çıxarıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu hadisəyə əvvəlcə əhəmiyyət verməyən ata, bir müddət sonra hadisəni həyat yoldaşına danışır. Həyat yoldaşı ərinin psixoloji problemləri olduğunu düşünür və onu psixoloqa aparır.

Həkimlər adama müalicələr tətbiq etsə də, ata qızının səsini eşitdiyini söyləməkdə davam edir. Həkimlər sonunda atanın qızının məzarına getməsini, o zaman həqiqəti daha asan qəbul edəcəyinə qərar verir. Ancaq qəbiristanlığa getdiklərində maraqlı bir hadisə ilə qarşılaşırlar. Qızının məzarının çökdüyünü görən ata, qəbiristanlıq gözətçisini çağırır və bu hadisənin səbəbini soruşur.

Atanın bu sualı qarşısında təlaşlanan gözətçi "Bəli" cavabını verməsə də bütün şübhələri üzərinə çəkir. Hadisə yerinə çağırılan polislərlə birlikdə gözətçinin daxmasına gedirlər və qorxunc bir mənzərə ilə qarşılaşırlar. Məlum olur ki, gözətçi gənc qızın cəsədini isti su dolu bir qabın içinə qoyub. Digər ölülərə təcavüz etdiyi kimi bu qıza da təcavüz etmək istəyib.

Ölkədə böyük əks-səda oyadan bu hadisə sonrası qız təkrar yuyulur və dəfn edilir. O gündən sonra ata qızının səsini bir də eşitmir. Bir müddət psixoloji müalicə görən gözətçi həbsxanada başqa bir məhkum tərəfindən öldürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə