10 min manatlıq oğurluq FAKTI

Mənzildən külli miqdarda pul və zinət əşyaları oğurlayan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, sentyabrın 24-dən 27-dək olan müddətdə Yeni Yasamalda yaşayan Həzi Məmmədovun evindən 4000 manat, 1000 ABŞ dollar və 5000 manat dəyərində qızıl zinət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, 1981-ci il təvəllüdlü Ramin Əzimov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə