Masallıda yanğın

Masallı rayonu, Gəyəçöl kəndində (rayon mərkəzindən 9 km aralı) yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 25 kv.m sahədə və içərisinə yığılmış 2 ton ot bağlamsının 1 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə