Lənkəranda yolu keçən piyadanı qatar vurub. SİA-nın Cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 28-də saat 15.30 radələrində Osmanlı-Astara dəmir yolunun 150-ci kilometrliyində, yolun Lənkəran rayonunun Göyşaban kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yük qatarı yolu keçmək istəyən Lənkəran şəhər sakini, 1938-ci il təvəllüdlü Qiyas Mustafa oğlu Ağayevi vurub. Q.Ağayev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB