Kürdə batan uşağın meyiti tapılıb

Kürdə batan uşağın meyiti tapılıb

Kür çayında batan 13 yaşlı uşağın meyiti tapılıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, sentyabrın 24-də Kür çayının Sabirabad rayonu, Ulucanlı kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 25 km aralı, nəzarətsiz ərazidə) batan 2002-ci il təvəllüdlü Telman Seyran oğlu Əhmədlinin axtarışları başa çatıb. T.Əhmədlinin cəsədi Nazirliyin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 10 km aralıda, Hacıqabul rayonu Abdulabad kəndi ərazisində tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə