300-dən artıq zəvvar həlak olub

Sentyabrın 24-də səhər saatlarında Mina dağında ziyarətdə olan zəvvarlar arasında yaranan izdiham nəticəsində 300-dən artıq insan həlak olub, 400 nəfərdən çoxu yaralanıb. SİA Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda xilasedici və təcili tibbi yardım briqadaları gəlib. Həlak olanların sayının artacağı istisna edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə