Sumqayıtda yanğın Sakinlər təxliyə olundu

Sumqayıtda yanğın Sakinlər təxliyə olundu

Sumqayıt şəhərində vətəndaşa məxsus mənzildə yanğın baş verib. SİA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, ümumi sahəsi 47 kv.m olan 3 otaqlı mənzilin 1 otağında 3 kv.m sahədə məişət əşyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini təhlükəsiz yerə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə