Şəmkirdə qonşular arasında düşən mübahisə qanlı sonluqla nəticələnib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, ötən gün axşam saat 22:00 radələrində Şəmkir rayonunun Muxtariyyə kəndində qonşular arasında dava baş verib. Kənd sakini 51 yaşlı Şahin Həsənov həmkəndliləri Ceyhun və Vasif qardaşları tərəfindən döyülərək bıçaqlanıb.
Zərərçəkənin sözlərinə görə, qardaşlardan biri onun kürəyindən bıçaqlayıb, digəri isə başına daşla xəsarət yetirib. Yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər ilkin tibbi yardımdan sonra xəstəni əməliyyat otağına götürüblər. Həkimlər yaralının vəziyyətini orta ağır kimi qiymətləndirir. Şəmkir rayon polis şöbəsindən verilən məlumata görə, Şahin Həsənova xəsarət yetirən qardaşların şəxsiyyəti məlum olsa da, onları saxlamaq mümkün olmayıb. Bu istiqamətdə istintaq əməliyyat tədbirləri davam etdirilir.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB