44 ha taxıl sahəsi yanıb

Şabran rayonunda kənd bələdiyyəsinə məxsus ərazinin taxıl sahəsində yanğın baş verib. SİA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, 30 ha biçilmiş taxıl sahəsi və quru ot yanıb. Ərazidə olan digər sahələr yanğından mühafizə olunub. Yanğın saat 18:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Eyni gündə Siyəzən rayonu, Eynibulaq kəndində dağlıq ərazidə 14 ha biçilmiş taxıl sahəsi də yanıb. Yaxınlıqda yeni salınmış meşə zolagı yanğından mühafizə olunub. Yanğın saat 21:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə