150 min manatlıq cinayət

Evdən küllü miqdarda oğurluq edən qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, sentyabrın 12-də İ.Həmidov küçəsində yaşayan Bəyimxanım Əkbərbəyovanın evindən 50000 manat nağd pul və 100000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. BPİ TŞX, Nəsimi RPİ CAŞ və 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini, 1959-cu il təvəllüdlü Sədaqət Məmmədova tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə