Şəkidə tövlə yandı

Şəki rayonu, Baş Göynük kəndində (rayon mərkəzindən 29 km aralı) yanğın baş verib. SİA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə