Soyğunçu ələ keçdi

Qadının boyunbağısını qoparıb qaçan soyğunçu tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Səbail RPİ CAŞ və 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, sentyabrın 14-də T.Elçin küçəsində Bakı şəhər sakini Sevil İsmayılovaya zor tədbiq edərək qızıl boyunbağısını qoparıb qaçaraq soyğunçuluq etməkdə şübhəli bilinən Masallı rayon sakini, 1978-ci il təvəllüdlü Zaur Əsgərov və Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Ziya Ağayev tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə