15 ton ot bağlaması yanıb

Şəmkir rayonu, Qaracəmirli kəndində vətəndaşa məxsus evin həyətyanı sahəsinə yığılmış ot bağlamasında yanğın baş verib. SİA FHN-nin saytına istinadən xəbər verir ki, hadisə zamanı 20 ton ot bağlamasının 15 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə