Yeni Zelandiyanın Hamilton şəhərindəki heyvanxanada pələng qadın əməkdaşa hücum edib. SİA-nın məlumatına görə, qadın aldığı yaralardan keçinib.
Hadisə zamanı heyvanxanadakı bütün ziyarətçilər təcili təxliyə olunublar. Əraziyə tibb işçiləri, polis və xilasedicilər cəlb edilib. Polisin bildirdiyinə görə, hadisənin təfərrüatları hələ tam aydınlaşdırılmayıb.
Qadına hücum edən pələng bu heyvan növünün ən aqressiv nümayəndəsi sayılan Sumatra pələngi olub. Hamilton heyvanxanasında hazırda beş belə pələng var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB