Qızıl taxarkən ehtiyatlı olun!

Zor tətbiq etməklə soyğunçuluq edən şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 14-də saat 21 radələrində T.Elçin küçəsində Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Sevil İsmayılovaya zor tədbiq edərək qızıl boyunbağısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Masallı rayon sakini, 1978-ci il təvəllüdlü Zaur Rahil oğlu Əsgərov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə