Şirkətə basqın edən maskalılar

Şirkətə basqın edən maskalılar

Bakıda şirkətə basqın edən maskalı tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA0Trend-ə bildiriblər ki, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 28-də saat 04 radələrində R.Quliyev küçəsində yerləşən "Qara çay" tikinti şirkətinin gözətçi otağına maskalanaraq daxil olaraq, orada gözətçi işləyən 1948-ci il təvəllüdlü Zina Bəşirovanı bıçaqla hədələyib əl qolunu bağlayıb, içərisində 60.000 ABŞ dolları və şirkətə məxsus sənədlər olan seyfi quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Nicat Nurbala oğlu Xəlilov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə