Yasamal rayonunda ərzaq mağazası yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 247 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisində olan ərzaq malları 100 kv.m sahədə yanıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 02:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB