Şəmkirdə bıçaqlanma hadisəsi baş verib

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib

Şəmkir rayon Əliyaqublu kəndində bıçaqlanma hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, kənd sakini 34 yaşlı Rəşad Məmmədov bıçaq yarası xəsarətilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Əməliyyat olunan yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Xəstəxanadan bildirilib ki, Rəşad Məmmədov tibb müəssisəsinə gətirilərkən ağır dərəcəli sərxoş olub. İlkin ifadəsi zamanı o, bıçaqlanmasını inkar edib.

Hazırda Şəmkir Polisi Rəşad Məmmədovun ifadəsinin doğru olub-olmaması istiqamətində araşdırmaları davam etdirir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə