Avtomobillər toqquşdu sürücü öldü

Avtomobillər toqquşdu sürücü öldü

Qusarda ölümlə nəticələnən yol qəzası baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 15-də saat 18 radələrində Qusar rayonunun Yasab kəndində kənd sakini Hacıbəy Qayınbəyovun idarə etdiyi "VAZ-2106" və Bakı şəhər sakini Taleh Məcidovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub. Nəticədə H. Qayınbəyov hadisə yerində ölüb.

Qusar rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə