Bakı şəhərində yol qəzası zamanı xəsarət alan şəxs ölüb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, sentyabrın 8-də saat 17:30 radələrində Mərdəkan - Bakı yolunda Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Zahid Məmmədov idarə etdiyi banka məxsus "Toyota Camry" markalı avtomobillə 1972-ci il təvəllüdlü Ədalət Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilən Ə.Hüseynov sentyabrın 15-də orada ölüb.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB