7 aydan sonra meyiti tapıldı

Fevral ayında qayıqda balıq tutmaq üçün dənizə getmiş şəxsin meyiti tapılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, cari ilin fevralın 13-də "Yamaha-55" markalı qayıqda balıq tutmaq üçün dənizə getmiş Ceyhun Mahmudovun meyiti Neftçala rayonunun 2-ci Mayak kəndinin dəniz sahilində tapılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə