Yasamalda dəhşətli qəza +13 VİDEO

Azyaşlıların və ürəyi zəif olanların videoya baxması qadağandır
Yasamalda dəhşətli qəza +13 VİDEO

Bakının Yasamal rayonu ərazisində, Qələbə dairəsi yaxınlığında ağır yol nəqliyyat hadisəsi baş verib. Dövlət nömrə nişanı və markası bilinməyən avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Piyadalardan biri qadın, digəri isə kişi olub.

Hadisənin səhər saat 10:15 radələrində baş verməsinə baxmayaraq Təcili Tibbi Yardım briqadası əraziyə 11:00-da çatıb. Yerdə can verən hər iki piyada Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) aparılıb.

Musa Nağıyev adına 1 saylı kliniki xəstəxanasından verilən son məlumata görə, hər iki piyada aldıqları xəsarətdən klinikada keçiniblər.

SİA həmin videonu təqdim edir?

Bütün xəbərlər Facebook səhifəmizdə