Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat Bağında baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb. AMEA-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu gün saat 13:30 radələrində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağında yanğın hadisəsi baş verib. Bağın təxminən 15 sota yaxın ərazisində, ağac olmayan açıq və quru otlu sahəsi yanıb. Müdafiə Nazirliyinin bağın yaxınlığında yerləşən ərazisindən başlayan yanğın hava küləkli olduğuna görə qısa müddətdə digər ərazilərə də yayılıb. Mərkəzi Nəbatat Bağının kollektivi səfərbər edilərək yanğını söndürməyə çalışıblar. Eyni zamanda, əraziyə çağrılmış Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğının qarşısı alınıb.
Sözügedən hadisə nəticəsində Bağın yaşıllıq zolağına heç bir zərər dəyməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB