Binanın damında öldü

Abşeron şəhərində 1 nəfər yaşadığı binanın damında ölüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1950-ci il təvəllüdlü Hüseynov Vaqif Məmməd oğlu ürək çatışmazlığından vəfat edib.

Xilasedicilər binanın damından vətəndaşın cəsədini aşağı endirib və aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə