14 kiloqramdan çox narkotik aşkarlanıb

14 kiloqramdan çox narkotik aşkarlanıb

Şirvanda 15 kiloqrama yaxın narkotik aşkar edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, narkotik şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Əliyevə məxsus həyətyanı sahədən tapılıb.

Belə ki, polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilən çəkisi 14 kiloqram 500 qram olan 27 ədəd çətənə kolu, habelə həyətində və evində gizlətdiyi ümumi çəkisi 1 kiloqram 997 qram marixuana aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə