Axtarışda olanlar tapıldı

Bakı polisi axtarışda olan 2 nəfəri tutub. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ PPXB 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, CM-nin 333-cü və 334-cü maddələri ilə 4 sentyabr 2015-ci il tarixdən Tovuz RPŞ-si tərəfindən axtarışda olan 1990-cı il təvəllüdlü Məhəmməd İsmayılov tutulub.

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, CM-nın 177-ci maddəsi ilə 29 iyun 2015-ci il tarixdən axtarışda olan 1992-ci il təvəllüdlü Yengibar Şahverdiyev tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə