Bakıda qaçırılmış maşın tapılıb. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya verilən məlumata görə, sentyabrın 1-də gecə saatlarında A.Zeynallı küçəsindən Fuad Ağalarlıya məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb.
Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobil Xırdalan şəhəri Quşçuluq yaşayış massivində saz vəziyyətdə aşkar olunaraq sahibinə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB