Baki-Qazax yolunda qəza baş verib

Baki-Qazax yolunda qəza baş verib iki nəfər ağır xəsarət alıb. SİA-nın bölgə muxbirinin xəbərinə görə, hadisə bu gün Bakı-Qazax magistral yolunun 205 km-də qeydə alınıb. Şəki rayon sakini 1989-cu il təvəllüdlü Sakit Huseynovun idarə etdiyi İSUZİ markalı yük maşını ilə Qazax İstiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Kamaz markalı yük maşını ilə toqqaşıb. Qəza zamanı İsuzi-nin sürücüsü və onun sərnişini Şəki rayon sakini 1979-cu il təvəllüdlü Dünyamalı Seyidov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Xəstələr dərhal Kürdəmir rayon Mərkəzi xəstəxanasının Cərrahiyə şöbəsinə aparılıb. Xəstəxanadan aldığımız məlumata görə, hazırda vəziyyətləri ağır olaraq qalır.

Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə