Bərdə şəhərində 4 mərtəbəli Mərkəzi Poçt binasının 2-ci mərtəbəsində çöl divarından keçən kommunikasiya xətləri 1 p.m yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, poçtun binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakının Nəsimi rayonunda isə 5 mərtəbəli Bakı Dəniz Limanı binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 120 kv.m olan mətbəxdə 1 ədəd kartof bişirən aparat yanıb.

Mətbəx yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə