Ağstafa rayonunda 6 ton ot bağlaması yanıb

Ağstafa rayonu, Eynallı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 6 tonu yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunub.

Yanğın 03:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə