Gəncə sakini boğularaq ölüb

Gəncə şəhər sakini, Məhsəti qəsəbəsində yaşayan 18 yaşlı Kamran Musayev Daşkəsən rayonunun Qızılca kəndi ərazisində yerləşən göldə çimərkən boğulub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün təxminən saat 19 radələrində qeydə alınıb. Mərhumun cəsədi xilasedicilər tərəfindən çıxarılaraq, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər bölməsinə gətirilib. Hazırda hadisənin hansı səbəblərdən baş verdiyi araşdırılır

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə