Bakıda metroda bədbəxt hadisə baş verib. Bakı Metropalitieninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin SİA-ya verdiyi məlumata görə, metronun "28 May" stansiyasında bir nəfər hərəkət edən qatarın altına yıxılıb. N. Paşayev qatarın hərəkətinin dayandırıldığını, həmin şəxsin öldüyünü bildirib.

Hadisənin intihar olub-olmaması araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə