Bakıda 30 min manatlıq cinayət hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 3-də saat 11 radələrində, S.Rüstəm küçəsində Aidə İbrahimovanın evindən, 30.000 manat pulu oğurlamaqda şübhəli bilinən mənzildə xidmətçi işləyən, Abşeron rayon sakini, 1989-cu il təvəllüdlü Mehriban Əbülfəz qızı Quliyeva tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə