Oteldə brilyant oğurluğu

Bakıda hoteldə oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub. Bakı şəhər Baş Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 4-də Natəvan küçəsində yerləşən hoteldə Sinay Nasimovanın otağından açarseçmə yolu ilə ona məxsus brilyant üzük oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Faruk Məmməd oğlu Sadıqov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə