Bu gün Oğuz rayonunda ikinci zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, Maqnituda 3.3 olan, 20 km dərinlikdə baş verən zəlzələ saat 14:38-də Şəkidən 27 km cənub-şərqdə Oğuz ərazisində qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, bu gün saat 09:55-də də Şəkidən 23 km cənub-şərqdə Oğuz ərazisində zəlzələ qeyd alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə