Hektarlarla sahə yandı

Oğuz və Qobustanda hektarlarla sahə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, sentyabrın 3-də Oğuz rayonu, Böyük Söyüdlü kəndində 50 ha sahədə kol-kos və quru ot yanıb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qobustan rayonu, Təklə Mirzəbaba və Xilmilli kəndlərində isə, rayon mərkəzindən 30 km aralıda 30 ha biçilmiş taxıl sahəsi və dağlıq ərazidə 60 ha sahədə quru ot yanıb. Ərazidə olan digər otlaq sahələr yanğından mühafizə olunub. Yanğın saat 20:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə