Bakının Xətai rayonu ərazisində qumarxana aşkar edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Süleyman Vəliyev Xətai rayonu ərazisində icarəyə götürdüyü kafedə həmyerliləri Zəmanət Hüseynli və Vasif Hacıyevlə birgə "poker" qumarxana təşkil etdikləri və saxladıqları üçün tutulublar.

Ora baxış zamanı oyun kartları və "poker" qumar oyununa qoyulmuş xeyli miqdarda pul aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...