Evin zirzəmisindən mərmi tapıldı

Evin zirzəmisindən mərmi tapıldı

Gəncə şəhəri ərazisindəki evlərdən birinin zirzəmisində mərmi tapılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşları tərəfindən Gəncə şəhəri ərazisindəki evlərdən birinin zirzəmisində 1 ədəd mərmi tapılıb. Mərmi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə