Çayda batan azyaşlının meyiti tapıldı

Çayda batan azyaşlının meyiti tapıldı

Azərbaycanın Salyan rayonunda çayda batan azyaşlının meyiti tapılıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Salyan rayonu, Şorsulu kəndində çayda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin suda batması haqqında məlumat daxil olub.

Salyan sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən 2008-ci il təvəllüdlü Rzayev Lazim Ayət oğlunun cəsədi sudan tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə