Neftçalada yaşayış evində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Kürkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün və bitişik ümumi sahəsi 5 kv.m olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları yanaraq sıradahn çıxıb.

Hadisə yerinə gələn yanğınsöndürənlərin sayıqlığı nəticəsində otaqları yanğından mühafizə etmək mümkün olub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...