Ukraynadan qaçdı Azərbaycanda tutuldu

Ukraynadan qaçdı Azərbaycanda tutuldu

Ukraynada axtarışda olan azərbaycanlı tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ukraynada axtarışda olan Nurəddin Əsədov tutulub.

N.Əsədov barəsində Ukrayna Cinayət Məcəlləsinin 121-ci madəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarış elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə