Vətəndaş liftdə qaldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açıb. Vətəndaşın liftdən çıxmasına şərait yaradılıb. Əməliyyat qısa müddətdə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə