Sumqayıtda və Qubada silah-sursat tapılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşları tərəfindən Ceyranbatan qəsəbəsi ərazisindən 9 ədəd mərmi və 76 ədəd iriçaplı patronun gilizləri tapılıb.
Quba RPŞ əməkdaşları tərəfindən isə Xaltan kəndi ərazisində istifadəyə yararsız "Naqan" tipli tapança, 30 qram barıt və xəncər tapılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB