Lənkəranda piyadanın vurulması ilə nəticələnən ağır-yol nəqliyyat qəzası baş verib. SİA-nın Cənub bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Darquba kəndi ərazisində qeydə alınıb. Belə ki, Lənkəran şəhər sakini, 23 yaşlı Nahid Məmmədzadə idarə etdiyi VAZ- 2106 markalı, 10 OP 466 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarakən yolda velosipedlə hərəkət edən Darquba kənd sakini, 9 yaşlı Samir Cəfərovu vurub. Sürücü dərhal xəsarət alan uşağı maşınına qoyaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. İlkin müainə zamanı uşağın qapalı kəllə-beyin travması aldığı məlum olub. Xəstəxandan verilən məlumata görə, hazırda uşağın vəziyyəti stabildir.
Faktla bağlı araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB